ELM VƏ TƏHSİL


AzMİU müəllimlərinin rəsm sərgisi

Bakı, 10 mart, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) müəllimlərinin rəsm əsərlərinin sərgisi keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, rektor Gülçöhrə Məmmədova əsərləri sərgilənən müəllimləri təbrik edib və belə sərgilərin əhəmiyyətindən danışıb. “Hər zaman universitetimizdə müəllimlərin sərgisi keçirilib. Son illər pandemiyaya görə fasilə verilmişdi və bu gün ənənəyə uyğun olaraq yenidən sərgi təşkil olunub. Bu ənənəni qoruyub saxlamaq lazımdır. Çünki bu sərgilər müəllimlərimizin fərdi istedadının inkişafına təkan verir. Müəllimlərin istedadlarının nümayişi tələbələrin motivasiyası üçün də çox vacibdir. Hesab edirəm ki, sərgiləri izləyən tələbələr də öz istedadlarını inkişaf etdirmək istəyəcəklər”.

Universitetin Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova və fakültənin müəllimi, Əməkdar memar Yaşar Səmədov da çıxış edərək sərginin əhəmiyyətinə diqqət çəkiblər.

Sonra müəlliflər sərgi iştirakçılarına əsərləri haqqında məlumat veriblər.

Sərgidə AzMİU-nun 9 müəlliminin ümumilikdə 42 əsəri nümayiş olunub. Yağlı boya ilə kətan və kağız üzərində çəkilmiş əsərlərdə müxtəlif mövzulara toxunulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.