ELM VƏ TƏHSİL


AzMİU-nun Memarlıq fakültəsində Revit kursları açılıb

Bakı, 23 oktyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Memarlıq fakültəsinin tələbələri üçün Revit kompüter kursları açılıb.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, kurslarda tələbələrə memarlıq layihələrinin hazırlanmasında olduqca sürətli və dəqiq nəticələr verən proqram öyrədiləcək.

Qeyd edək ki, Revit kursları tikinti mühəndisləri üçün Autodesk tərəfindən yaradılan güclü memarlıq, 3D dizayn və datalı proqramdır. Revit Architecture memarlıq dizaynın bütün hissələrini dəstəkləyən parametrik proqram hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.