ELM VƏ TƏHSİL


AzMİU-nun məzunlarının buraxılış işləri beynəlxalq müsabiqədə diplomlara layiq görülüb

Bakı, 15 oktyabr, AZƏRTAC

Memarlıq Təhsilinə Beynəlxalq İctimai Yardım Təşkilatının xətti ilə Rusiya Federasiyası Nijni Novqorod Dövlət Memarlıq və İnşaat Universitetinin bazasında memarlıq və dizayn üzrə buraxılış işlərinin 28-ci baxış-müsabiqəsi keçirilib. Beş ölkədən 200-dən çox iştirakçının qatıldığı müsabiqəyə 700-dən artıq iş təqdim olunub. Müsabiqədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin dekanı, Əməkdar memar Zahidə Məmmədova, memarlıq layihələndirməsi və şəhərsalma kafedrasının müəllimi İlqar Əliyev iştirak ediblər.

AZMİU-dan AZƏRTAC–a bildirilib ki, müsabiqədə məzunların nümayiş olunan buraxılış işləri yüksək qiymətləndirilib, Memarlıq Təhsilinə Beynəlxalq İctimai Yardım Təşkilatının 1-ci (14 iş) və 2-ci (11 iş) dərəcəli diplomlarına, 1 bakalavr işi isə Nijni Novqorod Dövlət Memarlıq və İnşaat Universitetinin və Rusiya Federasiyası Memarlar İttifaqının əlavə diplomuna layiq görülüb.

Fakültənin dizayn kafedrasının müsabiqəyə təqdim etdiyi dərs vəsaitləri də fəxri yerlər qazanıb. Kafedranın müəllimlərinə - dosent Nərgiz Ağayevaya 1-ci dərəcəli diplom, dosent Sevda Dadaşova, Təranə Bəkirova, baş müəllimlər Leyla Həsənova və Pərviz Əliyevə 2-ci dərəcəli diplomlar təqdim olunub.

Yekun iclasda müsabiqənin gələn il Tambov şəhərində keçirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.