ELM VƏ TƏHSİL


AzMİU-nun nümayəndə heyəti Fransada “Nizami” layihəsi çərçivəsində son müzakirələrdə iştirak edib

Bakı, 9 aprel, AZƏRTAC 

Avropa Komissiyasının maliyyə dəstəyi ilə 2015-ci ildən həyata keçirilən “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil məkanının tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi – “Nizami” layihəsi yekunlaşmaq üzrədir. Bu günlərdə Fransanın Monpelye Universitetində “Nizami” layihəsi çərçivəsində sonuncu görüş keçirilib.

Görüşdə nümayəndə heyətimizin tərkibində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev və doktorantura şöbəsinin müdiri Zöhrab Xəlilov da iştirak ediblər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, iclasda onlar AzMİU-ya tapşırılmış iş paketini təqdim ediblər. Fərhad Əliyev AzMİU-da doktorantura təhsilinin təşkili və bu istiqamətdə görülən işlər barədə tədbir iştirakçılarına məlumat verib.

Qeyd edək ki, “Nizami” layihəsinin ölkə üzrə koordinatoru Təhsil Nazirliyidir. Təhsil Nazirliyi ilə yanaşı, layihədə Azərbaycan Milli Elmlər Akademiyası və 9 ali təhsil müəssisəsi, eləcə də Avropanın 5 aparıcı universiteti iştirak edir. Layihənin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəli təhlilinin müəyyənləşdirilməsi, ölkəmizdə doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması və ixtisas təsnifatının Avropa təsnifatına uyğunlaşdırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.