ELM VƏ TƏHSİL


AzMİU-nun tələbə və əməkdaşları İsrailin şəhərsalma texnologiyaları barədə məlumatlandırılıb

Bakı, 7 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində ölkəmizə dəvət olunan İsraillin yüksək texnologiyalar üzrə qabaqcıl şəhəri Yokneamın birinci vitse-meri Roman Pereç Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) olub.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, rektor Gülçöhrə Məmmədova ilə görüşən qonaq İsraildə tətbiq olunan şəhərsalma texnologiyaları ilə bağlı geniş məlumat verib. Görüşdə şəhərsalma üzrə AZMİU və İsrailin ali təhsil müəssisələri, eləcə də bu istiqamətdə fəaliyyət göstərən qurumları ilə əlaqələrin genişləndirilməsi barədə müzakirələr aparılıb.

Sonra Roman Pereç AzMİU-nun dayanıqlı şəhərsalma və regionların planlaşdırılması ixtisası üzrə “SABAH” qruplarında təhsil alan magistrantları ilə görüşüb. Görüşə görə təşkilatçılara təşəkkür edən qonaq Azərbaycanda doğulduğunu, ölkəmizin onun üçün doğma olduğunu bildirib. Roman Pereç çıxışını ölkəmizlə İsrailin şəhərsalma üzrə ortaq və fərqli xüsusiyyətləri ilə bağlı nüanslara toxunaraq davam etdirib.

O, Yokneam şəhərinin memarlığı, şəhərin strukturu, idarəetməsi haqqında geniş məlumat verib. Qonaq şəhərsalma prosesində “ağıllı” texnologiyalardan istifadənin yaratdığı imkanlara toxunaraq işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən “ağıllı” şəhər və kənd layihələrinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu layihələrin tətbiqi ölkəmizdə enerji səmərəliliyini artırmağa, ekoloji tarazlığın qorunmasına, idarəetmənin hərtərəfli təşkili ilə insanların rifahının daha da yüksəldilməsinə imkan verəcək.

Sonda qonaq tələbələri maraqlandıran sualları cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.