ELM VƏ TƏHSİL


AzMİU-nun tələbəsi “Böyük ideya” yarışmasında ölkə çempionu olub

Bakı, 23 iyul, AZƏRTAC 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin 2-ci kurs tələbəsi Sevən Məhəmmədpur “British Council” təşkilatının “Creative spark” layihəsi çərçivəsində həyata keçirdiyi “Böyük ideya” startap yarışmasının Azərbaycan üzrə çempionu olub.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan üzrə ölkə çempionu olan Sevən Məhəmmədpur Böyük Britaniyaya səfər və 3000 ingilis funt sterlinqi məbləğində pul mükafatı qazanıb. Yarışmada, həmçinin AzMİU-nu texnologiya kateqoriyasında təmsil edən Tikinti-iqtisad fakültəsinin 2-ci kurs tələbəsi Solmaz Fətullayeva və Memarlıq fakültəsinin dizayn ixtisası üzrə magistr tələbəsi Cavid Bağırzadə kateqoriya çempionları olublar. Yerlər “British Council”ın Böyük Britaniyadakı mütəxəssisləri tərəfindən müəyyənləşdirilib.

Yarışmada öz ideyalarını təqdim etmək üçün tələbələr AzMİU-nun İnnovativ biznes inkubatoru mərkəzində davamlı çalışıb və onlara hər cür dəstək verilib.

Qeyd edək ki, “Böyük ideya” yarışması 7 ölkədə (hər ölkə üzrə 9 komanda olmaqla) keçirilib. Gənclərin startap ideyaları kreativ, texnologiya, sosial sahələr kateqoriyaları üzrə müəyyənləşdirlib. Onların arasından müvafiq olaraq kateqoriya çempionu, səsvermə çempionu və ölkə çempionu seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.