ELM VƏ TƏHSİL


AzMİU tələbələri Sumqayıt Texnologiyalar Parkı barədə məlumatlandırılıb

Bakı, 19 may, AZƏRTAC

Sumqayıt Texnologiyalar Parkının (STP) nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllim və tələbələri ilə görüşüblər.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, Təcrübə və karyera mərkəzinin direktoru Xanlar Qəniyev görüşün məqsədindən danışıb. Bildirib ki, istehsalat müəssisələrinin nümayəndələri ilə keçirilən görüşlər universitet və müəssisələr arasında əməkdaşlığın qurulmasında mühüm rol oynayır, eyni zamanda, tələbələrin karyera imkanlarının reallaşmasına kömək edir. Tədris işləri üzrə prorektor professor Akif Qasımov AzMİU ilə STP arasında əməkdaşlığın qurulmasının hər iki tərəf üçün faydalı olacağını diqqətə çatdırıb. Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev tələbələri universitetin onlar üçün yaratdığı bu cür imkanlardan yararlanmağa, istehsalatdan gələn peşəkarlarla fəal ünsiyyət qurmağa səsləyib.

STP-nin İnsan resurslarının idarə edilməsi departamentinin meneceri Namiq Nağıyev texnologiya parkı, onun fəaliyyət istiqamətləri, istehsal sahələri, məhsulları barədə geniş təqdimatla çıxış edib. Tələbələrə texnoparkın karyera portalı və iş imkanlarındn danışan N.Nağıyev onlara öz tövsiyələrini verib, müasir dövrün tələblərinə uyğun innovasiya bazalı bilik və vərdişlərə yiyələnmələrini məsləhət görüb. Texnopark rəsmisi tələbələrin şirkətdə keçirilən təcrübə proqramlarına və elmi-tədqiqatlara cəlb olunmaları üçün mövcud imkanları da iştirakçıların diqqətinə çatdırıb.

N.Nağıyev tələbələr arasında STP-nin www.internstp.com saytına daxil olmaqla “Ölkəmizi necə tanıyırıq?” mövzusunda müsabiqə keçirib. Müsabiqədə yüksək nəticə göstərən tələbələr şirkətin məhsulları ilə mükafatlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.