ELM VƏ TƏHSİL


AzMİU tələbələrinin layihəsi “EdTech Startap” müsabiqəsinin final mərhələsinə yüksəlib

Bakı, 2 dekabr, AZƏRTAC

Təhsil Nazirliyi və “Edumedia” şirkətinin təşkilatçılığı ilə tələbələr arasında keçirilən “EdTech Startap” müsabiqəsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri Asəf Allahverdiyev və Xəyal Şəriflinin “STUSE” layihəsi 244 komanda arasından seçilərək finala vəsiqə qazanan 10 komandadan biri olub.

Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Qeyd olunub ki, komanda onlar üçün təyin olunan mentor - ABB İnnovasiya Mərkəzinin rəhbəri Leyla Hacıyeva ilə layihəni finaladək təkmilləşdirə biləcəklər. Müsabiqənin keçirilməsi tələbələrin İKT və rəqəmsal təhsil sahələrinə olan marağının artırılması, təhsil sahəsində mövcud çağırışlar üzrə innovativ həll yollarının araşdırılması məqsədi daşıyır. Müsabiqədə Azərbaycanın bütün ali təhsil müəssisələri üzrə bakalavr, magistratura və doktorantura təhsili alan tələbələr iştirak ediblər. Müsabiqə haqqında daha ətraflı məlumat almaq üçün http://edtechstartup.az/  internet səhifəsinə müraciət etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.