ELM VƏ TƏHSİL


AzMİU tələbələrinin təcrübə və tədqiqat imkanları genişləndirilir

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tədris işləri üzrə prorektoru professor Akif Qasımovun rəhbərlik etdiyi nümayəndə heyəti Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda olub.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun tədris auditoriyaları, tədqiqat laboratoriyaları ilə tanış olub. Sonra institutun əməkdaşları ilə dəyirmi masada müzakirələr aparılıb.

Prorektor Akif Qasımov çıxış edərək institutla tanışlığa və yaradılan əməkdaşlıq imkanlarına görə AzMİU rəhbərliyinin təşəkkürünü çatdırıb. Prorektor qeyd edib ki, AzMİU Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu ilə əməkdaşlıq etməkdə maraqlıdır.

İnstitutun direktoru vəzifəsini icra edən Aytək Babayeva AzMİU ilə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi üçün potensial imkanlardan danışıb.

Görüş zamanı AzMİU tələbələrinin Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunda istehsalat və elmi-tədqiqat təcrübələrinə cəlb olunması, institutun tədris və tədqiqat laboratoriyalarından birgə istifadə, birgə konfrans, simpoziumların təşkili məsələləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.