ELM VƏ TƏHSİL


AzMİU və İstanbul Universiteti logistika üzrə təcrübələrini paylaşacaqlar

AzMİU və İstanbul Universiteti logistika üzrə təcrübələrini paylaşacaqlar

Bakı, 5 dekabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat və logistika kafedrasının əməkdaşları Valeh Şərifov, Rəşad Allahverdiyev və Bulud Bağırov Türkiyənin İstanbul Universitetində “ağıllı logistika” üzrə keçirilən beynəlxalq konfransda iştirak ediblər.

Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. Konfrans Türkiyənin İstanbul Universiteti, Bartın Universiteti və AzMİU-nun birgə təşəbbüsü ilə keçirilib.

AzMİU-nun əməkdaşları konfransda məruzə ilə çıxış edərək “ağıllı logistika” ilə bağlı araşdırmaları, bu istiqamətdə gözləntilər və ölkəmizdə həyata keçirilən işlər haqqında məlumat veriblər. Azərbaycanın II Qarabağ müharibəsindən sonra azad olunmuş ərazilərində yenidənqurma işlərinin və logistikanın hansı mərhələdə inkişaf etdiyi mövzusunda konfrans iştirakçıları ilə müzakirələr aparılıb, müvafiq statistik məlumatlar təqdim edilib.

Səfər zamanı İstanbul Universitetinin rəhbərliyi ilə görüş də keçirilib. Görüşdə qərara alınıb ki, logistika üzrə hər iki universitet əldə etdiyi bilik və təcrübəni qarşılıqlı olaraq bir-biri ilə paylaşsın, birgə araşdırmalar həyata keçirilsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.