ELM VƏ TƏHSİL
AzMİU-ya qəbul olan abituriyentlərin qeydiyyat prosesi onlayn qaydada davam edir
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) qəbul olan 1730 abituriyentdən 1500-ü portal.edu.az vasitəsilə onlayn müraciət edib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, onlardan 1294 nəfəri artıq qeydiyyatdan keçib. Universitetə qəbul olunması haqqında məlumat abituriyentlərin mobil nömrələrinə göndərilib. Bu günə olan məlumata görə, qeydiyyat prosesi davam edir, müraciətlərə baxılır. Hazırda 50 nəfərin sənədi araşdırılma mərhələsindədir.
Qeyd edək ki, hər bir abituriyentin müraciətinə fərdi qaydada baxılır, ortaya çıxan çətinliklər operativ aradan qaldırılır, abituriyentlərin qeydiyyatdan keçməsinə yardım göstərilir. Eyni zamanda, şöbənin əməkdaşları qeydiyyat prosesində çətinlik çəkən abituriyentlərin elektron poçt vasitəsilə ünvanladıqları sualları cavablandırırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [16:38]
Bakı Mühəndislik Universitetində “Mübariz” filminin təqdimatı olub
- 24.04.2024 [16:16]
BDU tələbələri üçün İtaliyanın Trento Universitetində təhsil imkanı
- 24.04.2024 [15:54]
Birinci sinfə qəbulun müsahibə yolu ilə aparılacağı məktəblər bəlli olub
- 24.04.2024 [15:48]
Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb
- 24.04.2024 [15:09]
MDU-nun əməkdaşı Finlandiyada təlimlərdə iştirak edir
- 24.04.2024 [14:59]
AzMİU-da təhsil və sənayenin birləşdirilməsinə dair müzakirə aparılıb
- 24.04.2024 [14:24]