CƏMİYYƏT


“AzMUN” proqramı çərçivəsində yaradılmış BSU-nun BMT Modeli klubu fəaliyyətə başlayıb

“AzMUN” proqramı çərçivəsində yaradılmış BSU-nun BMT Modeli klubu fəaliyyətə başlayıb

Bakı, 31 mart, AZƏRTAC

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və BMT-nin Azərbaycandakı Nümayəndəliyinin tərəfdaşlığı ilə həyata keçirilən "AzMUN” proqramı çərçivəsində yaradılmış Bakı Slavyan Universitetinin (BSU) BMT Modeli klubu fəaliyyətə başlayıb.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, klub tərəfindən BMT orqanlarının simulyasiyaları həyata keçiriləcək, eyni zamanda, tələbələr həm müxtəlif ölkələri, həm də beynəlxalq təşkilatları təmsil edərək müxtəlif mövzularda debatlar və müzakirələr aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.