İQTİSADİYYAT


“AzRusTrans” QSC Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb

Bakı, 26 mart, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC-nin və “Rusaqrotrans” SC-nin birgə müəssisəsi olan “AzRusTrans” QSC korporativ sosial məsuliyyət çərçivəsində koronavirus (COVID-19) xəstəliyinin ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin sosial həmrəylik nümayiş etdirilməsi barədə tövsiyələrinə uyğun olaraq irəli sürülən təşəbbüsə qoşulub.

“AzRusTrans” QSC-dən AZƏRTAC-a bildirilib ki, dövlət başçısı İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat məbləğində vəsait ayrılıb.

Şirkət koronavirus infeksiyası (COVID-19) ilə mübarizə çərçivəsində vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına ciddi riayət etməyə, yaşlı insanların qayğısına qalmağa, zərurət olmadığı təqdirdə evdən çıxmamağa və ictimai yerlərə toplaşmamağa çağırır.

“AzRusTrans” QSC nəqliyyat-logistika sektorunun ayrılmaz hissəsi kimi, qlobal pandemiya şəraitində fəaliyyətini davam etdirərək, idxal, ixrac və Azərbaycan ərazisindən keçən tranzit yüklərinin nəqlini həyata keçirir. Şirkətin əməkdaşları məsafədən iş rejimi ilə çalışırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.