ELM VƏ TƏHSİL


“AzScienceNet” elm-kompüter şəbəkəsində bulud xidmətlərinin təşkili məsələləri müzakirə olunub

Bakı, 14 dekabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Tural Mustafayev Rusiyada onlayn formatda keçirilən X Milli Superkompüter Forumunda “AzScienceNet elm-kompüter şəbəkəsində bulud xidmətlərinin təşkili məsələləri” mövzusunda məruzə ilə çıxış edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, forumda T.Mustafayev “AzScienceNet” şəbəkəsinin AMEA institut və təşkilatlarına göstərdiyi xidmətlərdən olan bulud xidməti barədə məlumat verib. Bu xidmət vasitəsilə istifadəçilərin hesablama və yaddaş resursları ilə təmin edildiyini diqqətə çatdırıb.

“AzScienceNet” şəbəkəsində “cloud computing” və “cloud storage” xidmətlərinin 2014-cü ildən təqdim olunduğunu vurğulayan T.Mustafayev AMEA-nın bir çox institut və təşkilatının bu xidmətlərdən geniş istifadə etdiyini diqqətə çatdırıb.

Baş mütəxəssis “AzScienceNet” şəbəkəsinin Verilənlərin Emalı Mərkəzinin imkanlarından bəhs edib. O qeyd edib ki, verilənlərin yadda saxlama bloku SAN texnologiyası əsasında qurulub, institut və təşkilatlar yüksəksürətli əlaqə kanalı ilə mərkəzə qoşulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.