ELM VƏ TƏHSİL
“AzScienceNet” şəbəkəsinin fəaliyyəti genişləndirilir
Bakı, 29 yanvar, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında “AzScienceNet” elm kompüter şəbəkəsinin 2020-ci il üzrə fəaliyyət planı müzakirə olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, planı təqdim edən institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov “AzScienceNet” şəbəkəsinin GEANT şəbəkəsinə inteqrasiyası istiqamətində görüləcək işlərdən söz açıb. Onun sözlərinə görə, AMEA-nın institut və təşkilatlarının GEANT şəbəkəsinə qoşulması işlərinin aparılması, “AzScienceNet” mütəxəssislərinə “Juniper” avadanlıqlarının işə salınması ilə bağlı kursların keçirilməsi, “EapConnect” layihəsi çərçivəsində internet backup (ehtiyat) xəttinin isə 1Gb/s sürətə çatdırılması cari ildə planlaşdırılan işlər sırasındadır.