ELM VƏ TƏHSİL


AzTU Cənubi Koreya universitetləri ilə əməkdaşlıq edəcək

Bakı, 14 iyun, AZƏRTAC

Cənubi Koreyanın İnha Universitetinin beynəlxalq əlaqələr üzrə dekanı, Dil Hazırlıq Mərkəzinin direktoru, professor Kim Junq Ho və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, beynəlxalq əlaqələr üzrə prorektor, professor Sübhan Namazov universitetin tarixi, fakültələri, ixtisasları, beynəlxalq əlaqələri haqqında qonaqlara geniş məlumat verib. Prorektor, “AzTU-da elektron təhsil sisteminin yaradılması” layihəsinin Cənubi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) tərəfindən hazırlandığını və bu layihənin universitetdə təhsil prosesini təkmilləşdirdiyini xüsusi vurğulayaraq, bu ölkənin ali təhsil müəssisələri, o cümlədən İnha Universiteti ilə də əməkdaşlıqdan məmnun olduğunu bildirib.

Kim Junq Ho koreyalı mütəxəssislərin ölkəmizdə gedən inkişafı yaxından izlədiklərini, bu inkişafın iki ölkəni daha da yaxınlaşdırdığını qeyd edib. Azərbaycanda yüksəkixtisaslı mühəndis kadrların yetişdirilməsi prosesində AzTU-nun önəminə diqqət çəkən qonaq İnha Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında geniş əməkdaşlıq imkanlarının mövcudluğunu və bu əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

Görüş zamanı müəllim-tələbə mübadiləsi, magistr hazırlığı üzrə ikili diplomların verilməsi şərtləri müzakirə edilərək ilkin razılıq əldə olunub. Qeyd edilib ki, pilot olaraq bir neçə ixtisas üzrə ikili diplomların verilməsi və tədris prosesinin uyğunlaşdırılması gələcəkdə inteqrasiyanı daha da sürətləndirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.