ELM VƏ TƏHSİL


AzTU: Qazi Universitetinin professoru tələbələrə mühazirə oxuyub

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Qazi Universiteti arasında “Erasmus+” mübadilə proqramı çərçivəsində əməkdaşlıq uğurla davam etdirilir. Əməkdaşlıq çərçivəsində Qazi Universitetinin professoru, elektrik və elektronika sahəsi üzrə görkəmli alim Cengiz Taplamacıoğlu AzTU-nun qonağı olub.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, universitetdə olduğu 4 gün müddətində türkiyəli professor Energetika və avtomatika fakültəsinin tələbə və müəllimləri ilə görüşüb.

Cengiz Taplamacıoğlu Türkiyədə təhsilin təşkili, Qazi Universitetinin mühəndis hazırlığının prioritet istiqamətləri, iki ölkə arasında enerji mübadiləsi məsələləri, “yaşıl enerji” texnologiyalarının enerji sisteminə inteqrasiyası problemləri, gərginliyin idarəolunmasında müasir üsullar və digər istiqamətlər üzrə mühazirə deyib.

Sonda tələbələrin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.