ELM VƏ TƏHSİL


AzTU "Sumqayıt Texnologiya Data Mərkəzi" ilə birgə elmi-tədqiqatlar aparacaq

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndə heyəti "Sumqayıt Texnologiya Data Mərkəzi" MMC-də (STDM) olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və STDM-in direktoru Elvin Aslanov əməkdaşlığın əsas istiqamətlərini müzakirə edib. Söhbət zamanı hazırda AzTU-da qurulan laboratoriya və təlim mərkəzinin fəaliyyətinin təşkili, eləcə də blockchain texnologiyası, elektronika, biotibbi texnologiya, müasir soyutma sistemləri üzrə tədrisin yenidən qurulması və bu istiqamətdə birgə elmi-tədqiqatların aparılması müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.