ELM VƏ TƏHSİL
AzTU alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanları artırılır
Bakı, 21 noyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev Azərbaycan Texniki Universitetində (AzTU) “Web of Science” kateqoriyalı jurnallarda Azərbaycan alimlərinin məqalələrinin dərc olunması imkanlarını artırmaq üçün seminar keçirib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, seminarda çıxış edən rektor Vilayət Vəliyev universitet alimlərinin məqalələrinin yüksək indeksli jurnallarda dərc olunması imkanlarının yüksək olduğunu deyib. Rektor elmi tədqiqatların inkişafında birgə əməkdaşlığın vacibliyindən danışıb. Bu sahədə akademik Fikrət Əliyevin böyük təcrübəyə malik olduğunu xatırladan Vilayət Vəliyev seminarın AzTU alimlərinin gələcək fəaliyyətlərinə töhfə verəcəyini deyib.
Daha sonra akademik Fikrət Əliyev məruzə ilə çıxış edib.
Sonda suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]