ELM VƏ TƏHSİL


AzTU-da Dövlət Bayrağı və Azərbaycan Respublikasının Konstitusiya günləri qeyd olunub

Bakı, 9 noyabr, AZƏRTAC

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Dövlət Bayrağı və Konstitusiya günləri münasibətilə təntənəli bayram mərasimi keçirilib.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, rektor Vilayət Vəliyev universitetin professor-müəllim heyətini və tələbələri bayram münasibətilə təbrik edərək deyib: “Üçrəngli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilərək milli hökumətin yerləşdiyi binanın üzərində ucaldılıb. Cümhuriyyətimizin süqutundan 70 il keçdikdən sonra ulu öndər Heydər Əliyevin səyləri nəticəsində 1990-cı il noyabrın 17-də milli bayrağımız Naxçıvan Muxtar Respublikası Ali Məclisi üzərində qaldırılıb. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən bayrağını bərpa edib. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı Sərəncamla 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur”.

Daha sonra çıxış edənlər - İctimai fənlər kafedrasının professoru Əyyub Kərimov və Tələbə Gənclər Təşkilatının sədri Zərifə Əlizadə Dövlət Bayrağı və Konstitusiya günlərinin önəmindən, müstəqil dövlətimizin 1995-ci il noyabrın 12-də qəbul edilmiş Əsas Qanununun Azərbaycan vətəndaşlarına açdığı imkanlardan danışıblar.

Tədbir tələbələrin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib.

Tədbirdə AzTU Televiziya Studiyasının tələbələrin iştirakı ilə Dövlət Bayrağı Günü münasibətilə hazırladıqları fləşmobun videoçarxı nümayiş etdirilib. https://www.youtube.com/watch?v=Joc19-RwP_E 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.