ELM VƏ TƏHSİL


AzTU-da Tvinninq layihəsi çərçivəsində növbəti seminar

Bakı, 15 mart, AZƏRTAC

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində (AzTU) “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” mövzusunda Tvinninq layihəsi üzrə növbəti seminar keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, seminarda beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov Tvinninq layihəsinin Azərbaycan təhsil sisteminin inkişafına verdiyi töhfələrdən danışıb. Qeyd olunub ki, “Yeni akkreditasiya və keyfiyyətin qiymətləndirilməsi standartlarının hazırlanması” mövzusunda Tvinninq layihəsində AzTU ölkə üzrə 3 pilot ali təhsil müəssisəsindən biri seçilib. Tvinninq layihələrinin tətbiqi ali təhsilin modernləşdirilməsi, müsbət beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi, müasir tədris texnologiyalarından istifadənin artırılması və kadr hazırlığının təkmilləşdirilməsi baxımından yeni imkanlar yaradır.

Təhsil Nazirliyinin əməkdaşı Tofiq Əhmədov, Tvinninq layihəsinin koordinatoru Liza Baydanova, Litvanın İdarəetmə və İqtisadiyyat Universitetinin Keyfiyyət Təminatı Mərkəzinin direktoru Yolita Butkiene və Latviyanın Akademik Məlumat Mərkəzinin eksperti Asnate Kazoka seminarda çıxış edərək hazırda icra olunan Tvinninq layihəsi üzrə seçilən ixtisaslardan danışıblar.

Seminarda AzTU ilə yanaşı, Bakı Dövlət Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Sumqayıt Dövlət Universitetinin nümayəndələri də iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.