ELM VƏ TƏHSİL


AzTU-da bəzi ixtisaslar beynəlxalq sertifikasiya proqramlarına uyğunlaşdırılacaq

AzTU-da bəzi ixtisaslar beynəlxalq sertifikasiya proqramlarına uyğunlaşdırılacaq

Bakı, 27 dekabr, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının iclası keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, iclasda təhsilalanların biliyinin qiymətləndirilməsi üzrə apellyasiya müraciətlərinin qəbulu və baxılması qaydalarında müvafiq düzəlişlərin edilməsi məsələsi müzakirə olunub. Bundan başqa, AzTU-da sənaye ehtiyacları üçün ömürboyu təhsil üzrə tədrisin təşkili və bəzi ixtisaslar üzrə tədris proqramlarının beynəlxalq sertifikasiya proqramlarına uyğunlaşdırılması ilə bağlı qərar qəbul olunub.

İclasda, həmçinin müəllim və tələbələrin Türkiyəyə təcrübə mübadiləsinə göndərilməsi ilə bağlı məsələ də müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.