ELM VƏ TƏHSİL


“AzTU-da bir gün” infoturları davam edir

Bakı, 24 yanvar, AZƏRTAC

Azərbaycan Texniki Universitetində (AzTU) “Açıq qapı” günləri çərçivəsində keçirilən “AzTU-da bir gün” infoturları davam edir. Bakının 10 və 76 saylı tam orta məktəblərinin şagirdləri, Bakı Texniki Kollecinin tələbələri AzTU-da olublar.

Universitetdən AZƏRTAC-a bildirilib ki, infoturda məqsəd ali texniki təhsilə olan marağı gücləndirməkdir.

Qeyd edək ki, ilin əvvəlindən başlanan ekskursiyalarda paytaxtın 8 orta məktəbinin şagirdləri, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri də iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.