ELM VƏ TƏHSİL
AzTU-da elmi konfrans: Radiotexnikanın müasir problemləri
Bakı, 21 sentyabr, AZƏRTAC
Oktyabrın 5-dən 7-dək Azərbaycan Texniki Universitetində (AzTU) radiotexnika ixtisası üzrə mühəndis kadrların hazırlanmasının 60 illiyi münasibətilə “Radiotexnikanın müasir problemləri” mövzusunda elmi-texniki konfrans keçiriləcək.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi radiotexnikanın müasir problemlərini müzakirə etmək, perspektivlərini müəyyənləşdirmək və respublikada bu sahədə aparılan elmi-tədqiqat işlərini ümumiləşdirməkdir.
Konfransın praktiki əhəmiyyəti radiotexnika və digər uyğun sahələrin daha da inkişaf etdirilməsinə dair elmi nəticə və təkliflərin ümumiləşdirilərək istehsalata tövsiyə edilməsindən, alimlərin fəaliyyətinin koordinasiya edilməsindən, gələcəkdə təcrübə mübadiləsi məqsədilə yeni elmi əlaqələrin qurulmasından ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]