AzTU-da tanınmış şəxslər tələbələrə həyat hekayələrindən bəhs ediblər
AzerTAg.az
Bakı, 13 noyabr, AZƏRTAC
Noyabrın 13-də Azərbaycan Texniki Universitetində (AzTU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Arximed 19” layihəsi çərçivəsində seminar keçirilib.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, rektor Vilayət Vəliyev iştirakçıları salamlayaraq tələbələrə təhsildə və ictimai fəaliyyətlərində uğurlar arzulayıb.
Tədbirdə fəaliyyət sahələrində uğur qazanmış tanınmış şəxslər - Aytən Səfərova, Nəsimi Paşayev, Cəlalə Nəzəroğlu, Orxan Şahbaz və Vüqar Zifəroğlu öz təcrübələrini bölüşüb, həyat hekayələrindən bəhs ediblər.
Sonda layihə rəhbərləri və spikerlərə sertifikatlar təqdim olunub.
“Axına qarşı” mövzusunda keçirilən seminarın əsas məqsədi gənclərin həyatda qazandıqları uğurların dəyərləndirilməsidir.







Xəbərin mətnində orfoqrafik səhv var