ELM VƏ TƏHSİL


AzTU-da yaradılan Alman mühəndislik fakültəsi əlaqələrin inkişafına töhfə verəcək

AzTU-da yaradılan Alman mühəndislik fakültəsi əlaqələrin inkişafına töhfə verəcək

Bakı, 6 dekabr, AZƏRTAC

Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU) nümayəndə heyəti Azərbaycanda səfərdədir. Səfər çərçivəsində BTU-nun professoru, Azərbaycan Texniki Universitetinin (AzTU) fəxri doktoru Sylvio Simon və universitetin elmi işçisi Yuliya Marozova AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüblər.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Texniki Universiteti ilə BTU arasında mövcud əməkdaşlıq imkanları müzakirə olunub, həmçinin gələcəkdə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Rektor Vilayət Vəliyev AzTU-da yeni yaradılan Alman mühəndislik fakültəsi barədə qonaqlara məlumat verib. Bildirib ki, fakültə alman mühəndislik konsepsiyası əsasında qurulacaq. Fakültənin formalaşmasında BTU-nun təcrübəsindən də istifadə edilməsi planlaşdırılır.

AzTU-da olmaqdan məmnunluğunu ifadə edən Sylvio Simon yeni yaradılan fakültənin işinə uğurlar arzulayıb. Sylvio Simon Alman mühəndislik fakültəsinin yaradılmasının AzTU ilə BTU arasında əlaqələrin inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.