ELM VƏ TƏHSİL


AzTU əməkdaşları Bakı məktəblərinin XI sinif şagirdləri ilə görüşüb

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşlarının respublikanın şəhər və rayonlarında texniki yönümlü ixtisaslara marağı olan XI sinif şagirdləri ilə görüşü keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, Bakının Nizami, Sabunçu, Xətai, Suraxanı, Xəzər və Pirallahı rayonlarının ümumtəhsil müəssisələrində təhsil alan XI sinif şagirdləri ilə onlayn təşkil edilən görüşlərdə məktəblərin rəhbərliyi, müəllimlər və valideynlər iştirak ediblər.

Əvvəlcə AzTU-nun tanıtım videoçarxı nümayiş olunub. Daha sonra əməkdaşlar universitetdə görülən işlər, həyata keçirilən yeniliklər barədə təqdimatla çıxış ediblər. Universitetin tarixi, fakültələri, ixtisasları, beynəlxalq əlaqələri, ikili diplom proqramları, laboratoriyaları, karyera imkanları və digər vacib məlumatlar slaydlar vasitəsilə məktəblilərin diqqətinə çatdırılıb.

Məktəb direktorları və müəllimlər AzTU ilə əməkdaşlıqdan məmnunluqlarını ifadə edib, həmçinin universitetin ətraflı təqdimatına görə təşəkkürlərini bildiriblər.

Sonda şagirdlərin və valideynlərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.