ELM VƏ TƏHSİL


AzTU ilə Bahçeşehir Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı, 24 may, AZƏRTAC

Türkiyənin Bahçeşehir Universitetinin rektoru professor Şirin Karadenizin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb.

Görüş zamanı rektorlar rəhbərlik etdikləri universitetlərdə görülən işlər və yeniliklər barədə məlumat veriblər. Həmçinin AzTU ilə Bahçeşehir Universiteti arasında müvafiq sahələr üzrə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Sonra hər iki universitet arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.