ELM VƏ TƏHSİL


AzTU ilə “Bank Respublika” arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Bank Respublika” ASC arasında əməkdaşlığa dair memorandumun imzalanma mərasimi keçirilib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, rektor Vilayət Vəliyev qonaqlara universitetdə görülən işlər, həyata keçirilən yeni layihələr barədə məlumat verib. Bildirib ki, tələbələrin əmək bazarına çıxışını təmin etmək üçün universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi prioritet məsələlərdən biridir.

“Bank Respublika” ASC-nin İdarə Heyətinin sədri Tariyel İsmayılov AzTU ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib. O, imzalanacaq memorandumun müvafiq sahələrdə yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün imkanlar yaradacağına əminliyini bildirib.

Çıxışlardan sonra AzTU ilə “Bank Respublika” ASC arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Sənədə əsasən, tərəflər tələbələrin bilik və bacarıqlarının davamlı inkişafının təmin edilməsi ilə bağlı layihələrin birgə icrası, xüsusilə də özəl sektorun inkişafına dair dövlət proqramları və milli fəaliyyət planlarında yer almış qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlıq edəcək.

Memorandumda təhsil və bank xidmətləri sahəsində müasir texnologiyaların və elmi inkişafın istifadəsində qarşılıqlı əlaqələndirmə, tələbələrin biznes bacarıqlarının inkişaf etdirilməsi, onların məşğulluğunun təmin edilməsi məqsədilə bankda təcrübə keçmələrinin təmin olunması da əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.