ELM VƏ TƏHSİL


AzTU ilə Macarıstanın qabaqcıl universitetləri arasında əməkdaşlıq əlaqələri qurulur

Bakı, 21 oktyabr, AZƏRTAC

Macarıstan Respublikasının Peç və Mişkolç universitetlərinin beynəlxalq əməkdaşlıq üzrə nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olub.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Macarıstanın Azərbaycandakı səfirliyinin təhsil və mədəniyyət üzrə əməkdaşı Mihaly Gruberin təşkilatçılığı keçirilən görüşdə rektor Vilayət Vəliyev iki ölkə arasında münasibətlərin əhəmiyyətindən söhbət açıb. Rektor AzTU ilə Macarıstanın qabaqcıl universitetləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasının önəmindən danışıb.

Görüşdə Peç Universiteti ilə elektrik və elektronika mühəndisliyi, biomühəndislik, Mişkolç Universiteti ilə isə mexanika mühəndisliyi, dağ-mədən mühəndisliyi və kompüter elmləri üzrə ikili diplom proqramlarının hazırlanması, eyni zamanda “Erasmus+” mübadilə proqramı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.