AzTU ilə Qazaxıstanın Atırau Neft və Qaz Universiteti arasında birgə elmi-tədqiqat imkanları müzakirə olunub
AzerTAg.az
Bakı, 2 avqust, AZƏRTAC
Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin rektoru Gülzadə Şakulikova Azərbaycan Texniki Universitetində (AzTU) olub.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində G. Şakulikova Texniki Universitetin rektoru Vilayət Vəliyevlə görüşüb.
Söhbət zamanı rektorlar rəhbərlik etdikləri universitetlərdə görülən işlər və həyata keçirilən yeniliklər haqqında məlumat veriblər. Hər iki universitet arasında nəqliyyat və logistika, neft-qaz nəqli, kimya texnologiyaları, mühəndis geodeziya və geofizika istiqamətlərində birgə tədrisin təşkili üçün potensial imkanları nəzərdən keçirmək məqsədəuyğun hesab edilib. Bundan başqa, Xəzər dənizinin ekoloji problemləri, neft-qaz yataqlarının işlənilməsində müasir mühəndis yanaşmaları və digər istiqamətlərdə birgə elmi-tədqiqat imkanları da müzakirə olunub.



Xəbərin mətnində orfoqrafik səhv var