ELM VƏ TƏHSİL


AzTU ilə Sənaye və İnnovasiyalar üzrə Dövlət Peşə Təhsil Mərkəzi arasında anlaşma memorandumu imzalanıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, memorandumu AzTU-nun rektoru Vilayət Vəliyev və mərkəzin direktoru Rəşad Xanlarov imzalayıb. Sənədə əsasən, tərəflər müxtəlif ixtisaslar üzrə tədris planı və proqramlarının hazırlanması, kadr hazırlığının təşkili, AzTU-nun mütəxəssislərinin mərkəzdə tədris prosesinə cəlb olunması və digər istiqamətlər üzrə əməkdaşlıq edəcək.

İmzalanmadan sonra Mərkəzin rəhbərliyi AzTU-nun laboratoriyalarının və kitabxanasının fəaliyyəti ilə tanış olub, Milli Qəhrəmanlar Muzeyinə baş çəkib.

Xatırladaq ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 9 ixtisas üzrə tədris aparılır. Mərkəz 30-dan çox yerli və xarici şirkətlə əməkdaşlıq edir. Cari ildən Mərkəzdə nəqliyyat və informasiya sahələri üzrə üçillik kurslar açılıb. Bu kursları bitirən məzunlar subbakalavr dərəcəsi ilə AzTU-da və digər ali məktəblərdə təhsil almaq imkanı əldə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.