ELM VƏ TƏHSİL


AzTU ilə Voronej Dövlət Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi yenilənib

Bakı, 12 oktyabr, AZƏRTAC 

Voronej Dövlət Texniki Universitetinin nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, bu ali məktəbin rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov universitet haqqında məlumat verib. O, Azərbaycan-Rusiya əlaqələrinə diqqət çəkərək qeyd edib ki, AzTU-nun Rusiya ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq formatı mövcuddur. AzTU ilə Voronej Dövlət Texniki Universiteti arasındakı əməkdaşlıq müqaviləsi çərçivəsində görülən işlərdən danışan X.Yahudov bu əlaqələrin genişlənməsinin vacibliyini vurğulayıb.

Voronej Dövlət Texniki Universitetinin prorektoru Sergey Safonov ikitərəfli görüşlərin əhəmiyyətini qeyd edib. İki universitet arasında nanotexnologiya və kompozisiya materiallarının tədqiqi üzrə səmərəli əməkdaşlıq potensialının mövcud olduğunu deyən S.Safonov AzTU ilə tələbə-müəllim mübadiləsinin, birgə təlim və konfransların keçirilməsinin mümkünlüyündən danışıb.

Sonra AzTU ilə Voronej Dövlət Texniki Universiteti arasında əməkdaşlıq müqaviləsi yenilənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.