ELM VƏ TƏHSİL


AzTU nümayəndə heyəti Türkiyənin Yıldız Texniki Universitetində ezamiyyətdə olub

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika və avtomatika fakültəsinin dekanı Hüseynqulu Quliyev, Avtomatika və idarəetmə kafedrasının müdiri Vahid Fərhadov və kafedranın baş müəllimi Asif Qasımov Türkiyənin Yıldız Texniki Universitetində ezamiyyətdə olublar.

Bu barədə AZƏRTAC-a AzTU-dan məlumat verilib. Bildirilib ki, ezamiyyət müddətində AzTU-nun Avtomatika və idarəetmə kafedrasının EduNet Phoenix Sənaye Avtomatlaşdırma Laboratoriyasında qurulmuş PLCnext texnologiyasının işləmə prinsipi və mexanizminin öyrənilməsi istiqamətində qarşılıqlı faydalı təcrübə mübadiləsi aparılıb.

Nümayəndə heyəti Yıldız Texniki Universitetinin Elektrik və elektronika, Elektrik mühəndisliyi və Mexanika fakültələrinin Mexatronik kafedrasındakı tədris laboratoriyaları ilə tanış olub.

Müzakirələrdə universitetlər arasında əməkdaşlığın prioritet istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.