ELM VƏ TƏHSİL


AzTU-nun məzunları “Nitel Texnoloji Mühəndislik A.Ş İstanbul- Bakü”də işə qəbul olunublar

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) Energetika, elektrotexnika və avtomatika fakültəsinin IV kurs tələbələri 2019-cu ilin oktyabrdan “Nitel Texnoloji Mühəndislik A.Ş İstanbul- Bakü” şirkətində müsahibə proqramını uğurla keçərək təqaüdlü təcrübə proqramında iştirak edirlər.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, bununla bağlı universitetin nümayəndə heyəti şirkətin əməkdaşları ilə videoformatda görüş keçirib.

Görüşdə qeyd olunub ki, AzTU-nun 3 məzunu şirkətdə elektrik, elektroenergetika mühəndisi, mühəndis-elektronçu vəzifələrinə işə qəbul olunub. Söhbət zamanı məzunların karyera quruculuğuna dəstək məqsədi ilə AzTU ilə şirkətin əməkdaşlığının genişləndirilməsi və yeni təcrübə proqramlarının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.