ELM VƏ TƏHSİL


AzTU-nun rektoru Türkiyədə tədris-tədqiqat proqramında iştirak etmiş bir qrup tələbə və əməkdaşla görüşüb

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Türkiyədə - 100 assistent tədris-tədqiqat proqramı”nda iştirak edib, Vətənə dönən bir qrup tələbə və əməkdaşla görüşüb.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.

Rektor bildirib ki, proqram çərçivəsində AzTU əməkdaşları və tələbələr Türkiyənin müxtəlif universitetlərində müvafiq ixtisaslar üzrə ikiaylıq tədris-tədqiqat prosesinə cəlb olunub. Məqsəd əmək bazarının tələblərinə cavab verən müasir biliklərə malik kadrların hazırlanması və Türkiyə universitetlərinin təcrübəsinin AzTU-da tətbiq olunmasıdır. tələbə və əməkdaşlar üçün belə fürsətlərin yaradılması onların şəxsi inkişafı və karyera planlaşdırması, eləcə də akademik və pedaqoji fəaliyyətlərinin daha da təkmilləşdirilməsi üçün faydalıdır.

Daha sonra Türkiyədən qayıtmış tələbə və əməkdaşlar təəssüratlarını bölüşüb, həmçinin proqram müddətində fəaliyyətləri barədə ətraflı məlumat veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.