ELM VƏ TƏHSİL


AzTU-nun rektoru universitetin basketbol komandası ilə görüşüb

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev universitetin basketbol komandası ilə görüş keçirib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, rektor ölkədə basketbolun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Diqqətə çatdırıb ki, AzTU-nun basketbol komandasının respublika və beynəlxalq miqyaslı yarışlara hazırlaşmalarını təmin etmək prioritet istiqamətlərdəndir.

Görüşdə komandanın fəaliyyəti ilə bağlı görülən işlər barədə məlumat verilib, perspektiv inkişaf ilə bağlı idmançı və məşqçilərin təklifləri dinlənilib. Rektor qeyd olunan məsələlərlə əlaqədar müvafiq tapşırıqlar verib və belə görüşlərin mütəmadi keçiriləcəyini deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.