ELM VƏ TƏHSİL


AzTU regionun aparıcı texniki universitetlərindən birinə çevrilmək potensialına malikdir

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Vilayət Vəliyev universitetin prorektor, dekan, kafedra, şöbə müdirləri və bütün fakültələrin fəal tələbələrinin iştirakı ilə yeni tədris ilinin başlanması ərəfəsində geniş iclas keçirib.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, rektor təhsilin səviyyəsinin yüksəldilməsi, müəllim-tələbə münasibətləri, tələbələrin sosial problemlərinin həlli, elmi tədqiqat işlərinin effektliyinin artırılması ilə bağlı konsepsiyasının müddəalarını tezislər şəklində diqqətə çatdırıb.

Azərbaycan dövlətçiliyinin gücləndirilməsi üçün Prezident İlham Əliyevin təhsil sahəsində qarşıya qoyduğu tələblərdən danışan rektor AzTU-nun nüfuzlu ali məktəb kimi rol və imicinin artırılmasının önəmini vurğulayıb. Professor qeyd edib ki, AzTU regionun aparıcı texniki universitetlərindən birinə çevrilmək potensialına malikdir.

Azərbaycan sənayesi üçün kadr və mütəxəssis hazırlanmasında AzTU-nun geniş imkanlara sahib olduğunu qeyd edən rektor çıxışında həlli vacib problemlərdən, tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün görüləcək işlərdən danışıb, tapşırıq və tövsiyələrini verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.