ELM VƏ TƏHSİL


AzTU tələbələrinə bank işi üzrə təlim keçirilib

AzTU tələbələrinə bank işi üzrə təlim keçirilib

Bakı, 12 noyabr, AZƏRTAC

“Bank Respublika” ASC-nin Təlim və inkişaf şöbəsinin müdiri Jalə Nəcəfova, İnsan resursları departamentinin direktoru Ayan Büniyatzadə Azərbaycan Texniki Universitetində (AzTU) “Ümumi bank işi” və “İnsan resurslarının idarə olunması” mövzularında təlim keçiriblər. Təlimdə İnformasiya və telekommunikasiya texnologiyaları, İqtisadiyyat və idarəetmə fakültələrinin tələbələri iştirak ediblər.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə tələbələrə bank xidmətləri, rəqəmsal bankçılıq, informasiya texnologiyaları, həmçinin beynəlxalq şirkətlərdə işə qəbul zamanı tələb olunan bacarıqlar və onların inkişafı ilə bağlı vacib məlumatlar verilib.

Qeyd olunub ki, “Bank Respublika” ASC-nin əməkdaşlarının AzTU tələbələri üçün təlimləri davam etdiriləcək. Bundan başqa, təlimlərdə iştirak edən tələbələrin bu bankda təcrübə proqramı keçmələri üçün şərait yaradılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.