ELM VƏ TƏHSİL


AzTU və Rumıniyanın Piteşti Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Bakı, 11 aprel, AZƏRTAC

Rumıniyanın Piteşti Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Emanuel Soare və Beynəlxalq Əlaqələr Mərkəzinin müdiri Kristina-Loredana Bloju Azərbaycan Texniki Universitetində (AzTU) olublar.

AzTU-nun ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, rektor vəzifəsini icra edən, professor Xalıq Yahudov iki universitet arasında əməkdaşlıqdan bəhs edib.

Daha sonra beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov AzTU haqqında ətraflı məlumat verib, mövcud əməkdaşlıqdan, universitetin beynəlxalq əlaqələrindən, “ERASMUS+” və digər layihələr çərçivəsində görülən işlərdən danışıb.

Görüşdə hər iki universitetdə müxtəlif ixtisaslar üzrə xüsusilə magistratura səviyyəsində ikili diplomların verilməsi, beynəlxalq layihələrdə birgə iştirak, həmçinin əməkdaşlığın gücləndirilməsi üçün görüləcək işlər müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.