MƏDƏNİYYƏT


AzTV-də şəhidlərlə bağlı növbəti videoçarx hazırlanıb VİDEO

Bakı, 13 oktyabr, AZƏRTAC

Azərbaycan Televiziyası Vətən müharibəsinin ildönümü münasibətilə şəhidlərin əziz xatirəsini yad edən daha bir videoçarx hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, çarxın çəkilməsində məqsəd şəhidlərin unudulmadığını, övladlarının isə Azərbaycan dövlətinə və xalqına əmanət olduğunu göstərməkdir.

Çarxda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bakıda keçirilmiş yürüşə baxan bir uşaq (obrazlı) nümayiş olunur. Şəhid atasının fotosunu yürüşdə görən uşaq “Ata! Atam gəldi!” deyərək anasının qucağına qaçır. Daha sonra o, “Atam sağdır” deyib şəhidin televizordakı görüntüsünə əlini uzadır.

Anası isə “Əlbəttə, sağdır. O, həmişə bizimlədir!” deyir.

Şəhidin xanımı rolunda Aygün Fətullayeva, övladı rolunda isə Davud Yusifzadə çəkilib.

Çarxın ssenari müəllifi Rövşən Məmmədov, rejissoru Zaur Zeynal, redaktoru isə Leyla Qədirzadədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.