MƏDƏNİYYƏT


AzTV-nin nəzdində yaradılan Bədii Şuranın yeni tərkibdə ilk iclası keçirilib

Bakı, 12 aprel, AZƏRTAC

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində yaradılan Bədii Şuranın yeni tərkibdə ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda QSC sədri Rövşən Məmmədov iki ildən bir seçilən Bədii Şuranın işinin 3 kanalın fəaliyyətinə nəzarət etmək olduğunu deyib.

Bildirib ki, şuranın üzərinə düşən əsas missiya AzTV-nin nəzdində fəaliyyət göstərən kanalların işinə nəzər salmaq, mövcud olan çatışmamazlıqları bədii şuranın müzakirəsinə çıxarmaqdır. Qeyd edib ki, bugünkü islahatlar Azərbaycan televiziyasının ənənələrinə, ümumi strateji kursuna uyğun aparılır.

Həmçinin iclas zamanı bədii şuranın üzərinə götürdüyü öhdəliklərin nə dərəcədə yerinə yetirilməsi, ən əsası ictimaiyyətin efirdən nələr gözlədiyi və atılan addımların tamaşaçıların nə dərəcədə etimadını doğrulduğu müzakirə olunub.

Pandemiya şəraitini nəzərə alaraq bədii şuranın növbəti iclaslarını onlayn formada da keçirilməsi qərara alınıb.

Bədii Şura üzlərini seçərkən ictimaiyyətin hörmətini qazanmış şəxslərə üstünlük verdiklərini deyən sədr yaxın gələcəkdə regionlara səfər etmək niyyətində olduqlarını vurğulayıb: "AzTV dövlətin, xalqın güzgüsüdür, onun üçün biz hər hansı addımı atarkən yüz ölçüb bir biçirik. Ümumiyyətlə Azərbaycan xalqının gözü Azərbaycan televiziyasıdır. Mənə görə hər hansı uğurlu addım ictimaiyyətin müəyyən təbəqəsi üçün uğursuz ola bilər. Ona görə də biz Bədii Şurada yeni verilişləri də müzakirəyə çıxaracaq, o cümlədən solistləri seçərkən Şura ilə məsləhətləşəcəyik. İnanıram ki, yaxın iki ildə bizi zəngin, çox çeşidli fəaliyyət gözləyir”.

Sonra şura üzvlərinin təklifləri dinlənilib. Təklif olunub ki, yazıçı və şairlərin regionlara səfəri təşkil olunsun, tamaşaçı auditoriyası ilə görüşüb onların fikirləri dinlənilsin.

Daha sonra Bədii Şuranın üzləri - Xalq yazıçıları Anar, Kamal Abdulla, Xalq artisti Ofeliya Sənani, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz və digərləri çıxış edib təklif və iradlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.