İDMAN


Azad Rəhimov: FIG-nin 82-ci Konqresinin Bakıda keçirilməsi Azərbaycana böyük etimadın göstəricisidir VİDEO

Bakı, 2 dekabr, AZƏRTAC

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresinin Bakıda keçirilməsi Azərbaycana böyük etimadın göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 2-də Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, gimnastika üçün çox vacib olan bu tədbirin Bakıda keçirilməsi sevindirici haldır. Gördüyünüz kimi, bütün işlər yüksək səviyyədə təşkil olunub. Tələb olunan bütün məsələləri Azərbaycan Gimnastika Federasiyası müvəffəqiyyətlə yerinə yetirib. Konqres çox yüksək səviyyədə keçirilir. Mötəbər tədbirin Bakıda təşkil olunması təsadüfi deyil. Ona görə ki, son illər gimnastika ilə bağlı Azərbaycanda böyük nailiyyətlər əldə olunub, müasir infrastruktur yaradılıb, dünyanın vacib yarışları məhz ölkəmizdə keçirilir.

“Gimnastika idman növünə Azərbaycanda böyük maraq var. Böyük idman yarışlarından sonra valideynlər uşaqlarını gətirib idmana yazdırırlar. Bu da idmanın kütləviliyinə və inkişafına böyük töhfə verir”, - deyə A.Rəhimov vurğulayıb.

Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) 82-ci Konqresinə dekabrın 3-də yekun vurulacaq. FIG-nin Nizamnaməsinə əsasən, ən yüksək ali orqan sayılan Konqresdə 115-dən çox ölkədən 300-ə yaxın nümayəndə iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.