SİYASƏT


Azad edilən ərazilərdə dislokasiya olan bölmələrin təminatı yaxşılaşdırılır VİDEO

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, eləcə də döyüş hazırlığının yüksəldilməsi ilə bağlı tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov dövlət sərhədinin Kəlbəcər-Laçın istiqamətində yeni inşa olunaraq şəxsi heyətin istifadəsinə verilən modul tipli infrastruktura baxış keçirib.

Qeyd edilib ki, döyüş növbətçiliyinin keyfiyyətli təşkili və aparılması üçün bütün lazımi şərait yaradılıb. Burada istilik avadanlığı ilə təchiz edilmiş yataqxana, silah otağı, yeməkxana, mətbəx, ərzaq anbarı, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.

General-leytenant Nizam Osmanov döyüş növbətçiliyinin və qoşunların döyüş qabiliyyətinin daha da artırılması ilə bağlı müdafiə nazirinin müvafiq göstərişlərini komandir heyətinin diqqətinə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.