SİYASƏT
Azad edilmiş ərazilərimizdə dislokasiya olunan bölmələrimizin mühəndis təminatı üzrə tədbirlər görülür VİDEO
Bakı, 14 yanvar, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərimizdə bölmələrimizin hərtərəfli mühəndis təminatı üzrə tədbirlər icra olunur.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri aparılır. Avtomobil və döyüş texnikasının kalonlarının təhlükəsiz hərəkəti üçün yollar minalardan təmizlənir, bərpa olunur. Yaşayış məntəqələri və bölmələrimizin yerləşdiyi mövqelər istiqamətində yeni yolların çəkilməsi üzrə fəaliyyətlər icra edilir. Ərazilərdən bu günədək xeyli sayda mina və partlamamış döyüş sursatı toplanıb.
Azad olunmuş ərazilərimizdə mina və partlamamış döyüş sursatının aşkarlanması və zərərsizləşdirilməsi üzrə tədbirlər davam etdirilir.