İQTİSADİYYAT


Azad olunmuş ərazilərdən enerji təchizatı üçün 20-yə yaxın onlayn müraciət daxil olub

Bakı, 28 sentyabr, AZƏRTAC

İşğaldan azad olunmuş ərazilərdən elektrik şəbəkəsinə qoşulmaq üçün onlayn şəkildə 20-yə yaxın müraciət daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin “ASAN Xidmət”lə iş və Elektron İdarəetmə Departamentinin direktor müavini İsa İsazadə məlumat verib.

O bildirib ki, bunlardan 12-si Şuşa şəhərindən daxil olub. Müraciət edənlər əsasən iri market şəbəkələri, yanacaqdoldurma məntəqələri və sair müəssisələrin sahibləridir.

Həmçinin qeyd olunub ki, hər ay sahibkarların “Azərişıq” tərəfindən 70-80 onlayn müraciəti icra edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.