Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydası haqqında 1999-cu il 8 oktyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Aşqabad şəhərində keçirilmiş 2019-cu il 31 may tarixli iclasında imzalanmış “Azad ticarət zonasının yaradılması haqqında Sazişin iştirakçısı olan dövlətlər arasında dövriyyədə olan əmtəələrin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti qaydası haqqında 1999-cu il 8 oktyabr tarixli Sazişdə dəyişikliklərin edilməsi barədə” Protokol Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 may 2020-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin