DÜNYA


Azarkeşlər Tehranda keçiriləcək İran-İraq futbol matçını izləyə biləcəklər

Tehran, 27 yanvar, AZƏRTAC

Bu gün iki ildən sonra ilk dəfə olaraq futbol üzrə İran milli komandasının İraq yığması ilə oyununu azarkeşlər də izləyəcəklər. Tehranın “Azadi” stadionunda keçiriləcək qarşılaşmanı 10 min azarkeşin izləməsinə icazə verilib.

AZƏRTAC xəbər verir ki, bəzi mütəxəssislərin etirazına baxmayaraq, Prezident İbrahim Rəisinin rəhbərlik etdiyi koronavirusa qarşı mübarizə qərargahı stadionların açılması haqqında qərar qəbul edib.

İranın Səhiyyə Nazirliyi bu qərarı dəstəkləyərək ölkə əhalisinin 92 faizinə peyvənd vurulduğunu bildirib. Digər tərəfdən, ölkə ərazisində COVID-19 infeksiyasının yayılma sürəti kifayət qədər azalıb.

Səhiyyə Nazirliyinin digər açıqlamasında son 24 saatda İranda 14 min 285 nəfərin virusa yoluxduğu, 30 nəfərin isə öldüyü bildirilir. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 6 milyon 293 min 695 nəfərə, ölənlərin sayı isə 132 min 333-ə çatıb.

Ölkədə müxtəlif xəstəxanalarda müalicə alan 1294 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda, 6 milyon 91 min 880 nəfər sağalaraq evə buraxılıb.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.