SİYASƏT


Azay Quliyev ATƏT PA-da çağırış edib: “Körpə qatilləri cəzalandırılmalıdır”

Minsk, 6 iyul, AZƏRTAC

Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması, mülki əhalini bilərəkdən hədəfə alması, xüsusilə də bu yaxınlarda 2 yaşlı azərbaycanlı Zəhra Quliyevanın cəbhə xəttində Ermənistanın işğalçı qüvvələri tərəfindən qətlə yetirilməsi dözülməz haldır. Biz, parlamentarilər olaraq bu “körpə qatillərini” şiddətlə qınayıb onların layiq olduqları cəzanı almalarını tələb etməliyik ki, onlar etdiklərindən ruhlanıb öz cinayətlərini gələcəkdə də davam etdirməsinlər.

AZƏRTAC xəbər verir ki, bu fikriləri ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinə təqdim olunan hesabat layihəsi haqqında çıxışı zamanı bu qurumun vitse-prezidenti Azay Quliyev deyib.

ATƏT PA-nın vitse-prezidenti deyib: “Hər birimizə aydın olmalıdır ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları münaqişənin kökündə duran əsas məsələdir. Ermənistan xalqı öz müqəddəratını təyin etmək və bərbərlik hüququ kimi nəcib prinsipləri öz xeyrinə təhrif edərək Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialarını və işğal olunmuş əraziləri özünə birləşdirmək niyyətini gizlətmək istəyir. Buna görə də, ümumi prinsiplərin bu cür sui-istifadəsinə Assambleyanın imkan verməməsi yüksək əhəmiyyət daşıyır. Öz müqəddəratını müəyyən etmək hüququnun mənası və əhatə çərçivəsi beynəlxalq hüququn müvafiq sənədlərində aydın formada göstərilir. Xüsusən də, Helsinki Yekun Aktında qeyd olunur ki, öz müqəddəratını təyin etmək hüququ yalnız dövlətlərin ərazi bütövlüyünə uyğun olaraq həyata keçirilə bilər”.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.