İQTİSADİYYAT


“Azcloud”un yeni xidməti istifadəyə verilib

Bakı, 13 may, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin Data Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azcloud” “Arxivləşdirmə xidmət kimi” (AaaS) xidmətini işə salıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu xidmət müxtəlif şirkətlərə və qurumlara məlumatlarını etibarlı və sərfəli şəkildə saxlamaq imkanı verir. “Azcloud” bulud xidmətlərinin təklif etdiyi arxivləşdirmə xidməti sayəsində məlumatların həcminin 2,5 dəfəyə qədər sıxılması mümkündür. Bu da öz növbəsində bir məlumat daşıyıcısının 15 terabaytadək məlumatı saxlamasını təmin edir.

Bundan əlavə, müştərilər lent tipli yaddaşı əldə etməklə məlumatların həcminə görə ödəniləcək böyük miqdarda xərclərdən azad olacaqlar.

Sözügedən xidmət xarici məlumat daşıyıcılarından fərqli olaraq məlumatların 30 ilədək saxlanmasına, eləcə də istənilən zaman onların tamlığının yoxlanılmasına və axtarışına imkan yaradır.

Bu xidmət rezervlənmə xidmətindən (backup as a service) də fərqlənir. Belə ki, illərlə saxlanılan və nadir hallarda istifadə olunan məlumatlar üçün nəzərdə tutulan “Arxivləşdirmə xidmət kimi” böyükhəcmli verilənlərin uzunmüddətli saxlanmasının təminatçısıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.